
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki ofisinin tavanına qızıl
əlavələr etdirməyi planlaşdırır.
Trend xəbər verir
ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Bildirilir ki, hazırda Amerika liderinin ofisində hər il
aparılan planlı təmir işləri çərçivəsində dəyişikliklər həyata
keçirilir. Təmirin iki həftə ərzində tamamlanacağı gözlənilir.
Bundan əlavə, Tramp administrasiyası Ağ Ev ərazisində 200 milyon
dollarlıq yeni bal zalı inşa etməyi planlaşdırır. Tikinti işlərinə
bu ilin sentyabrında başlanacaq və layihənin Trampın prezidentlik
müddəti başa çatmazdan əvvəl tamamlanması nəzərdə tutulur.