
Bakı. Trend:
“Telegram” mesencerində şəxsi istifadəçi profillərinin
verifikasiyası funksiyası tətbiq olunub.
Trend xəbər verir
ki, bu barədə “Durova Code” portalı məlumat yayıb.
Yeni xüsusiyyət çərçivəsində istifadəçilər profillərinin
həqiqiliyini təsdiqləyə biləcəklər. Verifikasiya nişanı klassik
“mavi işarə” formasında deyil, mesencerin simvolunu xatırladan
xüsusi dizaynda təqdim olunur və profilin şəklinin yanında
yerləşdirilir.
Verifikasiya nişanı alan ilk şəxs platformanın təsisçisi və baş
direktoru Pavel Durov olub.
Qeyd edək ki, indiyədək yalnız kanallar və botlar üçün
verifikasiya mövcud idi. 2025-ci ilin əvvəlindən “Telegram”
botların verifikasiyasını da təqdim edib və onlar üçün fərqli
dizayna malik nişanlar istifadə olunur.
İndi isə artıq adi istifadəçilər də bu funksiyadan yararlanaraq
profillərinə rəsmi təsdiq ala biləcəklər.