İngiltərə klubunun qapıçısı Braziliyaya qayıdacaq

Baş səhifə

İngiltərənin “Bornmut” klubunun qapıçısı Murara Netu Braziliyaya qayıdacaq.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı qolkiper “Botafoqo” ilə anlaşıb.

Onun transferi Braziliya klubuna pulsuz başa gələcək. Netu hazırda ən yüksək maaş alan oyunçular sırasında olduğu üçün İngiltərə klubu əməkhaqqı büdcəsini azaltmaq məqsədilə qapıçı ilə vidalaşmaq qərarına gəlib.

Netunun “Botafoqo” ilə 6 ay uzatma şərti ilə 2 illik müqavilə imzalayacağı bildirilib.

Qeyd edək ki, karyerası ərzində “Barselona”, “Valensiya”, “Yuventus”, “Fiorentina” kimi klublarda çıxış etmiş braziliyalı qapıçı 2024/2025 mövsümündə icarə əsasında “Arsenal”da forma geyinib. O, İngiltərə klubunun heyətində bütün turnirlərdə meydana çıxdığı 4 oyunda 4 qol buraxıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir