“Bakı Kristal Zalı” sığortaçı seçib

Baş səhifə

Gənclər və İdman Nazirliyinin tabeliyindəki “Bakı Kristal Zalı” MMC 75 əməkdaşının könüllü tibbi sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

“Report” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Meqa Sığorta” ASC-dir.

Qalib şirkətə 37,2 min manat ödəniləcək.

Satınalma çərçivəsində 65 əməkdaş üçün “Standart” paket (15 min manatlıq), 6 əməkdaş üçün “Gümüş” paket (20 min manatlıq) və 4 əməkdaş üçün “Qızıl” paket (25 min manatlıq) əldə edilməsi nəzərdə tutulur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir