
Bakı. Trend:
ABŞ dövlət katibi Marko Rubi və Fransan XİN rəhbəri Jan-Noel
Barro arasında telefon danışığı olub.
Bu barədə Trend
xarici KİV-ə istinadən xəbər verir.
Dövlət departamentinin sözçüsü Temmi Brüsun verdiyi bəyanata
əsasən, liderlər Azərbaycan və Ermənistan arasında gedən sülh
danışıqlarındakı irəliləyişi müzakirə ediblər.
Rubi və Barro İranın heç vaxt nüvə silahları yaratmaması və ya
əldə etməsinə imkan verilməyəcəyi ilə bağlı öhdəliklərini bir daha
təsdiqləyiblər.
Brüs qeyd edib ki, rəsmilər Qəzza zolağında pisləşən humanitar
vəziyyətdən danışıb, Yaxın Şərqdə atəşkəsin bərqərar olması üçün
davam edən diplomatik səyləri müzakirə ediblər.
Bundan başqa, telefon söhbəti zamanı Rusiya-Ukrayna
münaqişəsinin müzakirə olunduğu bildirilir.

