
Bakı. Trend:
Hindistanda mefedron istehsalı üzrə narkolaboratoriya açmış iki
müəllim həbs olunub.
Trend bu barədə
NDTV-ə istinadən xəbər verir.
Narkotiklərə Nəzarət Bürosunun məlumatına görə, həbs edilənlər
25 yaşlı Manoc Bharqav — Muklav şəhərində dövlət orta məktəbində
təbiət elmləri müəllimi və sabiq fizika müəllimi İndracit
Vişnoydur. Onlar narkotik istehsal etdikləri kustar laboratoriyanı
icarəyə götürdükləri yaşayış kompleksində yerləşən mənzildə quraraq
iki ay yarım fəaliyyət göstəriblər.
Polisin məlumatına görə, şübhəlilər kimyəvi maddələri və
avadanlıqları Dehlidən alır, daha sonra məzuniyyət götürərək
mefedron bişirirdilər. Bu müddətdə onlar təxminən 5 kq maddə
istehsal etməyə nail olublar ki, onun ümumi bazar dəyəri 136 min
ABŞ dolları təşkil edir. Onun 4,22 kq-ı artıq satılmışdı.
Axtarış zamanı hüquq-mühafizə orqanları 780 qram narkotik
vasitə, müasir laboratoriya avadanlıqları və bir sıra kimyəvi
prekursorlar aşkarlayıb.