Azərbaycanın futzal liqalarında “Yay transfer pəncərəsi”nin vaxtı müəyyənləşib

Baş səhifə

Azərbaycanın futzal üzrə Yüksək və Birinci Liqalarında “Yay transfer pəncərəsi”nin vaxtı müəyyənləşib.

“Report” xəbər verir ki, bu barədə Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

İştirakçı komandalar transfer etdikləri oyunçuları avqustun 6-dan oktyabrın 6-sı, saat 23:59-dək qeydiyyatdan keçirə bilərlər.

Qeyd edək ki, Yüksək Liqanın startı sentyabrın 18-nə nəzərdə tutulub.