Serbiyalı hücumçu London təmsilçisinə keçə bilər

Baş səhifə

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu Aleksandar Mitroviç İngiltərə təmsilçisi “Tottenhem”ə keçə bilər.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, klub serbiyalı hücumçunu 35 milyon avroya buraxmağa hazırdır.

Lakin forvardın hazırkı komandasında illik 25 milyon avro qazanması transferi bir az çətinləşdirir.

Qeyd edək ki, Mitroviç ötən mövsüm bütün turnirlərdə 36 oyuna 28 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir