İspaniyada istilərdən mindən çox ölüm halı qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

İspaniyada 2025-ci ilin iyul ayında isti hava şəraiti ilə
əlaqədar azı 1060 ölüm halı qeydə alınıb.

Trend xəbər verir
ki, bu barədə III Karlos adına Səhiyyə İnstitutunun ölüm hallarının
monitorinqi ilə bağlı statistikasında deyilir.

Bildirilir ki, 2024-cü ilin anaoloji dövründə bu göstərici cəmi
674 nəfərdən ibarət idi. 2025-ci ildə iyun və iyul aylarında isti
ilə əlaqədar ölən insanların sayı ötən ilin göstəricisi ilə (706
nəfər)müqayisədə az qala 1,5 min nəfərə çatıb.




Krallığın Səhiyyə Nazirliyi 2025-ci ilin iyun ayında orta aylı
temperaturun 23,6 dərəcəyə çatdığını bildirib ki, bu öncəki tarixi
maksimumla (2017-ci ildə) müqayisədə 0,8 dərəcə çoxdur.

Avqust ayında isə termometrlərin şkalaları bəzi yerlərdə 47,6
dərəcəyə çatıb.