
ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqının (Aİ) ABŞ iqtisadiyyatı qarşısında investisiya öhdəliklərini yerinə yetirmədiyi təqdirdə idxal rüsumlarını 35 % səviyyəsinə qaldırmaq niyyətindədir.
“Report” xəbər verir ki, o, bu barədə CNBC telekanalına müsahibəsində bildirib.
“Bu zaman onlar 35 % rüsum ödəyəcəklər”, – ABŞ Prezidenti qeyd edib.
D.Trampın sözlərinə görə, daha əvvəl Aİ 600 milyard dollar investisiya yatırdıqdan sonra rüsumlar azaldılıb.
“Onlar öz rüsumlarını azaltdılar, 600 milyard dollar investisiya yatırdılar və mən o zaman rüsumu 30 %-dən 15 %-ə endirdim. Sonra bir neçə ölkə sual verməyə başladı: niyə Avropa İttifaqı bizdən az ödəyir?” – ABŞ lideri vurğulayıb.