
Kişineu rayon məhkəməsi Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsulun təxminən 2,4 milyon dollar məbləğində əmlakının müsadirəsi ilə bağlı prokurorların tələbini təmin edib.
“Report” xəbər verir ki, bu barədə onun vəkili Natalya Bayram məlumat yayıb.
“Məhkəmə əmlakın müsadirəsi ilə bağlı prokurorların tələbini təmin edib. Söhbət Qutsuldan 42 milyon Moldova leyi (2,4 milyon dollar) məbləğində vəsaitin alınmasından gedir ki, bu da istintaq tərəfindən “Şor” partiyasının maliyyələşdirilməsi işi çərçivəsində guya ona köçürülmüş vəsait kimi göstərilib”, – o bildirib.
Moldovanın Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul 7 il müddətinə azadlıqdan məhrum edilib.
“Report” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Qeyd olunub ki, Qutsul 2023-cü ildə seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə təqsirli bilinib.
O, cəzasını ümumi rejimli islah koloniyasında çəkəcək.