
Bakı.Trend:
Dominikanda güclü zəlzələ olub
Trend xəbər verir
ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə,Dominikan Respublikasının cənub-şərq sahillərində
5,7 maqnitudalı zəlzələ baş verib.
Zəlzələ Boka-de-Yuma şəhərindən 38 kilometr cənub-şərqdə, 168
kilometr dərinlikdə qeydə alınıb.
Zərərçəkənlər və dağıntılar barədə hələlilk məlumat
verilmir.