ABŞ Yaponiya ilə irimiqyaslı hərbi təlimlər keçirəcək – 14 minə yaxın hərbçi iştirak edəcək

Baş səhifə

Bakı. Trend:

Yaponiya Silahlı Qüvvələri gələn ay ABŞ dəniz piyadaları ilə
birlikdə “Resolute Dragon” adlı genişmiqyaslı təlimlər
keçirəcək.

Bu barədə Trend
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, bu təlimlərdə ən yeni reaktiv sistemlərdən
istifadə ediləcək və onlar, xüsusilə, Okinava prefekturasının cənub
adalarını, Kiusyu adasının cənub-qərb hissəsini və Rusiyaya yaxın
yerləşən Yaponiyanın ən şimal adası Hokkaydoni əhatə edəcək.




Yapon ordusunun komandanlığının açıqlamasına görə, manevrlər
11-25 sentyabr tarixlərində baş tutacaq.

Təlimlərdə Yaponiyanın quru qoşunlarından 12 min hərbçi,
həmçinin təxminən 1,9 min ABŞ dəniz piyadası və digər amerikalı
personal iştirak edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir