
Bakı. Trend:
İsrail rəhbərliyi Qəzza zolağında hərbi əməliyyatları anklavın
tam ələ keçirilməsinə qədər genişləndirmək imkanlarını hələ də
araşdırır.
Trend-in
məlumatına görə, bu barədə “Bloomberg” agentliyi mənbələrə
istinadən xəbər verib.
“İsrailin baş naziri Benyamin Netanyahu İsrailin nəzarəti
altında olmayan anklavın 25%-nə qoşun yeritmək qərarını nəzərdən
keçirir. Bu barədə məsələ ilə bağlı tanış olan İsrail rəsmisi
bildirib”, – deyə agentlik məlumat verib.
İsrail rəsmisinin sözlərinə görə, hərbi komandalığının bəzi
nümayəndləri bu cür planlardan, xüsusən də HƏMAS-ın girovlarının
hələ də saxlanıla biləcəyi ərazilərə qoşun göndərilməsi ilə bağlı
narahatlıqlarını ifadə ediblər.
Hərbi əməliyyatın genişləndirilməsi ilə bağlı yekun qərar hələ
verilməyib.

