Çempionlar Liqası: “Qarabağ” “Şkendiya” ilə oyunda fasiləyə üstün yollanıb – YENİLƏNİB-2

Baş səhifə

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Şkendiya” (Şimali Makedoniya) – “Qarabağ” oyununda birinci hissə başa çatıb.

“Report” xəbər verir ki, “Todor Proeski” stadionunda keçirilən oyunda Ağdam təmsilçisi fasiləyə 1:0 hesabı ilə öndə yollanıb.

Azərbaycan klubunun heyətində 18-ci dəqiqədə Toral Bayramov penalti zərbəsini qola çevirib.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Şkendiya” (Şimali Makedoniya) – “Qarabağ” matçında hesab açılıb.

“Report” xəbər verir ki, “Todor Proeski” stadionunda keçirilən oyunda Ağdam təmsilçisi hesabda irəli çıxıb.

Azərbaycan klubunun heyətində 18-ci dəqiqədə Toral Bayramov penalti zərbəsini qola çevirib.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Şkendiya” (Şimali Makedoniya) – “Qarabağ” matçı start götürüb.

“Report” xəbər verir ki, qarşılaşma “Todor Proeski” stadionunda keçirilir.

Görüşü slovakiyalı referi İvan Krujlyak idarə edir.