Avropa İttifaqının xarici işlər nazirləri Qəzzadakı vəziyyəti müzakirə edəcəklər

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqının (AI) Xarici İşlər Şurası avqustun 29-30-da Aİ
xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə Qəzza zolağındakı
vəziyyəti müzakirə edəcək.

Trend-in
məlumatına görə, bu barədə Avropa İttifaqının Xarici İşlər və
Təhlükəsizlik Siyasəti üzrə mətbuat katibi Annita Hipper
bildirib.




“Bu, humanitar yardımın çatdırılmasında təcili təkmilləşdirmə
tələb edir. Bunun üçün davamlı atəşkəs və davamlı giriş tələb
olunur. Avropa İttifaqının üzərində çalışdığı işin mahiyyəti
budur”, – deyə o bildirib.

Hipper Qəzzə əhalisinə humanitar yardımın təşkili ilə bağlı Aİ
ilə İsrail arasındakı sazişi xatırladıb və bu sazişin “əsas
müddəaları əsasında” vəziyyətdə bəzi “müsbət inkişafları” qeyd
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir