
Bakı. Trend:
ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff bu həftə Rusiyaya
səfər edəcək.
Trend-in
məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat
katibi Temmi Bryus deyib.
“Əvvəla, [ABŞ prezidenti Donald Tramp] təbii ki, [bundan əvvəl]
xüsusi elçi Uitkoffun bu həftə Rusiyaya gedəcəyini qeyd edib. Bunu
tribunamızdan təsdiqləyə bilərik. Bu səfərin nəyi əhatə edəcəyi ilə
bağlı sizin üçün heç bir təfərrüatı açıqlaya bilmirəm”, – deyə o
bildirib.
O, Uitkoffun səfərinin dəqiq tarixlərini açıqlamayıb.

