
Bakı. Trend:
ABŞ Dövlət Departamenti Ukraynaya “M777” haubitsa təmiri üçün
avadanlıq və xidmətlərin 104 milyon dollarlıq mümkün satışını
təsdiqləyib.
Trend-in
məlumatına görə, bu barədə hökumətlərarası müqavilələr əsasında
xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan
Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Məlumata əsasən, Kiyev hakimiyyəti ABŞ-dan göstərilən məbləğə “M777” 155 mm-lik haubitsaların “avadanlığın alınması, təmir
xidmətləri və uzunmüddətli texniki xidmət göstərilməsi” xahişi ilə
müraciət edib. Müqavilənin əsas podratçısı Böyük Britaniyada
yerləşən BAE Systems şirkəti olacaq.
Bundan əlavə, Dövlət Departamenti Kiyevə yükdaşıma və
konsolidasiya xidmətlərinin, eləcə də müvafiq avadanlıqların 99,5
milyon dollara satışını təsdiqləyib.