Tramp yaxın vaxtlarda Rusiyaya qarşı sanksiyalarla bağlı qərar verəcəyini bildirib

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp tezliklə Rusiyaya qarşı
sanksiyalarla bağlı qərar verəcəyini bildirib və Moskva ilə növbəti
təmaslarının nəticələrini nəzərə alacağına söz verib.

Trend-in
məlumatına görə, bu barədə D.Tramp jurnalistlərə bildirib.




“Gəlin görək yaxın gələcəkdə nə baş verəcək”, – deyə Tramp
Vaşinqtonda jurnalistlərə Rusiyaya qarşı tədbirlər görməyə hazır
olması ilə bağlı sualı cavablandırarkən deyib.

O əlavə edib ki, avqustun 6-da Rusiya keçiriləcək görüşdən sonra
qərar qəbul edilə bilər.