
Bakı. Trend:
Yaponiya dünyanın nüvə silahından tam imtina etməsinə nail olmaq
üçün mümkün olan hər şeyi etməyə davam edəcək.
Trend-in
məlumatına görə, bu barədə Yaponiyanın baş naziri Şiqeru İşiba
ABŞ-nin Xirosimaya atom bombası atmasının 80-ci ildönümünə həsr
olunan anım mərasimində çıxışı zamanı bildirib.
“Biz nüvə silahı olmayan bir dünyaya, nüvə müharibəsi olmayan
dünyaya nail olmaq üçün hər cür səy göstərəcəyik”, – deyə o qeyd
edib.
Baş nazir Yaponiyanın nüvə və qeyri-nüvə ölkələrini dialoqa
təşviq etməyə davam edəcəyini vurğulayıb.