Yaponiyada Xirosima atom bombası qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib

Baş səhifə

Yaponiya sakinləri 80 il əvvəl Xirosimaya atom bombası atılması qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

“Report”un yerli KİV-ə istinadən verdiyi məlumata görə, faciənin ildönümü ilə bağlı əsas mərasim Xirosimanın mərkəzindəki Sülh Memorial Parkında keçirilib.

Ənənəvi olaraq zəngin çalınması ilə qeyd olunan sükut dəqiqəsi yerli vaxtla saat 08:15-də (Bakı vaxtı ilə 03:15) – 1945-ci il avqustun 6-da bombanın partladığı an elan edilib. Bundan sonra Xirosimanın meri Kadzumi Matsui dünyanı nüvə silahından imtina etməyə çağıran bəyannamə oxuyacaq. Daha sonra Baş nazir Şiqeru İsiba çıxış edəcək.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir