“Lufthansa” şirkəti “Air Europa” payı üzrə danışıqlardan geri çəkilib

Baş səhifə

Bakı. Trend:

Almaniyanın milli aviadaşıyıcısı və Avropanın ən böyük hava yolu
şirkəti olan “Deutsche Lufthansa AG” şirkəti “Air Europa”
şirkətində pay sahibi olmaq üçün danışıqları dayandırıb.

Trend-in
məlumatına görə, bu barədə “Bloomberg” agentliyi xəbər verib.

Məlumata əsasən, nəticədə “Türk Hava Yolları” aviaşirkəti
İspaniya aviaşirkətini almaq üçün yeganə namizəd olaraq qalıb.




“Hərtərəfli təhlil və gərgin danışıqlardan sonra biz hazırkı
mərhələdə “Air Europa”nın kapitalında və payında sonrakı
iştirakımızı geri götürmək qərarına gəldik”, – deyə “Lufthansa”nın
nümayəndəsi bildirib.

“Air France-KLM” şrikəti də bundan əvvəl “Air Europa”da payla
bağlı danışıqlardan çıxıb. “IAG SA” şirkəti iki dəfə satın alınması
ilə bağlı imtina cavabı alıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir