Rusiya Zaporojyeni atəşə tutub, 2 nəfər ölüb, 12 nəfər yaralanıb

Baş səhifə

Ukraynanın Zaporojye vilayətinin atəşə tutulması nəticəsində iki nəfər həlak olub, 12 nəfər yaralanıb.

“Report”un Ukrayna KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə vilayətin Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov bildirib.

“Xəsarət alanların sayı 12-yə çatıb. Yaralılar arasında 4 uşaq var. Beş nəfər ağır və orta vəziyyətdə xəstəxanaya göndərilib”, – o, teleqram səhifəsində yazıb.

Qeyd olunur ki, azı 9 bina zərər görüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir