İlin ilk yeddi ayında 55 mindən çox uşağın anadan olmasına görə birdəfəlik müavinət verilib

Baş səhifə

Bu ilin yanvar-iyul ayları ərzində 55 957 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödəniş edilib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Müavinət ödənişləri 26 289 nəfər qız, 29 668 nəfər oğlan uşağına görə aparılıb.