“Çəkini azaltmaq nə qədər asan olsa da, qorumaq bir o qədər çətindir”.
Ölkə.Az xəbər verir ki, bu sözləri qida mütəxəssisi, nutrisionist Fərid Səfərov qeyd edib. O, 10 il ərzindəki dəyişiminin fotosunu paylaşaraq insanlara sağlam qidalanmaqla bağlı tövsiyə verib:
“10 il fərq ilə mən! Bu fotonu bir neçə dəfə paylaşmışam və çox müsbət rəylər eşitmişəm.
Təkrar- təkrar paylaşmaqda məqsədim sizlərə az da olsa motivasiya vermək və hər kəsə sağlamlıq yolunda maksimum dəstək olmaqdır.
Çəkini azaltmaq nə qədər asan olsa da, çəkini qorumaq bir o qədər çətindir.
Mən öz sağlam çəkimi qorumaq üçün nə edirəm?
– balanslı şəkildə qidalanıram (yağ, zülal və karbohidrat).
– fiziki aktivliyimi maksimum qorumağa çalışıram.
– yuxu rejiminə riayət edirəm.
– stressdən uzaq olmağa cəhd göstərirəm.
– fəsildən asılı olmayaraq su qəbulunu azaltmıram.
– süni şəkərdən uzağam.
– spirtli içki və pis vərdişlərdən tamamilə uzağam.
– şirin qazlı və enerji içkiləri içmirəm.
– əla növ undan hazırlanan çörək və un məmulatları qəbul etmirəm.
– paketlənmiş qidalar və hisə verilmiş məhsullardan uzağam.
– fast food və küçə yeməkləri qida rasionumda yoxdur.
– konservləşdirilmiş heç bir qidanı istifadə etmirəm.
Xülasə, itirdiyim çəkini 10 ildən çoxdur ki, qoruyuram. Sadəcə özünə və gücünə inan, vəssalam. Sağlam qidalanaraq sağlam yaşayın”, – deyə o qeyd edib.
Billurə Yunus