
Qəzza zolağında insan kütləsinin üzərinə humanitar yardım daşıyan yük maşını aşıb, azı 20 nəfər həlak olub, onlarla insan xəsarət alıb.
Bu barədə “Report” “Al Arabiya”ya istinadən xəbər verir.
“Hadisə Nuseyrat qaçqın düşərgəsi yaxınlığında baş verib. Yük maşını son zamanlarda raket hücumuna məruz qalmış təhlükəli yolla hərəkət edib”, – Qəzza Mülki Müdafiəsinin nümayəndəsi Mahmud Bassal bildirib.
Öz növbəsində HƏMAS bəyan edib ki, İsrail “sürücüləri aclıq çəkən mülki şəxslərlə dolu marşrutlarla hərəkət etməyə məcbur edir: “Bu, tez-tez ümidsiz kütlələrin yük maşınlarına hücum etməsinə səbəb olur”.
İsrail hərbçiləri hələ ki, hadisəni şərh etməyiblər.
Qəzzada qaçqın düşərgəsi yaxınlığında humanitar yardım daşıyan yük maşınının qəzaya uğraması nəticəsində 20 nəfər həlak olub.
Bu barədə “Report” “Al Arabiya”ya istinadən xəbər verir.
Məlumata görə, humanitar yardım daşıyan yük maşını yerli sakinlərə yardım çatdırarkən aşıb. Nəticədə 20 nəfər həlak olub və onlarla insan yaralanıb.
Bildirilib ki, HƏMAS İsraili yük maşını sürücülərini humanitar yardımın çatdırılması üçün təhlükəsiz olmayan marşrutlar seçməyə məcbur etməkdə günahlandırıb.