ABŞ 8 il ərzində HHM və raket əleyhinə müdafiə potensialını 30 % artırmaq istəyir

Baş səhifə

ABŞ ölkənin hava hücumundan müdafiə və raket əleyhinə müdafiə potensialını 8 il ərzində 30 % artırmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Defense News” portalı ABŞ ordusunun Quru qoşunlarının Kosmik və Raket Əleyhinə Müdafiə Komandanlığının rəhbəri general-leytenant Şon Qeyniyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, bu tədbirlər üç yeni “Patriot” zenit-raket kompleksi batalyonunun, pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemləri (C-UAS) ilə təchiz edilmiş yeddi batareyanın və s. yerləşdirilməsini əhatə edəcək. Bu planlar Ukrayna və Yaxın Şərqdəki münaqişələrin təcrübəsi nəzərə alınaraq hazırlanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir