Azərbaycanda informasiya və rabitə sektoru üzrə əsas kapitala 153 milyon manatdan çox investisiya qoyulub

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda informasiya və rabitə
sektoru üzrə əsas kapitala 153,4 milyon manat investisiya
yönəldilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 66,3 mmilyon manat və ya 30,2% azalıb.

Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların
yekunda xüsusi çəkisi 1,9%-ə bərabər olub.




Hesabat dövründə bu göstəricinin 139,9 milyon manatlıq hissəsi
isə yalnız rabitə sektoru üzrə əsas kapitala yönəldilmiş
investisiyalar təşkil edib. Bu da 2024-cü ilin ilk 6 ayındakı
göstəriciyə nisbətən 58,2 milyon manat və ya 29,4% azalma
deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkənin
iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə
mənbələrindən əsas kapitala 8,073 milyard manat və ya 2024-cü ilin
müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az investisiya
yönəldilib.

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 23,8 faiz
azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi
isə 13,5 faiz artıb. Ümumi sərmayənin 4,067 milyard manatı və ya
50,4 faizi məhsul istehsalı sahələrinin, 2,672 milyard manatı (33,1
faizi) xidmət sahələrinin, 1,333 milyard manatı (16,5 faizi) isə
yaşayış evlərinin tikintisinin payına düşüb.