Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara 7 ayda 18 milyon manat ƏDV geri qaytarılıb

Baş səhifə

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara 17 milyon 693,3 min manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarılıb.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Xatırladaq ki, hesabat dövründə pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 108,6 milyon manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.