
Cüdo üzrə gənc oğlanlardan ibarət milli komandamız Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.
Bu barədə “Report”a Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Avropa Cüdo Birliyinin təşkilatçılığı baş tutan toplanışda cüdoçularımıza yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edib.
Təlim-məşq toplanışı gənclər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyıb. Qitə birinciliyi 4–7 sentyabr tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.