
Bu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 3 milyard 589,2 milyon manat təşkil edib.
“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % azdır.
Gömrük daxilolmaları proqnozdan 2,8 % az icra edilib.
Xatırladaq ki, bu il DGK büdcəyə 6,6 milyard manat vəsait köçürməlidir. Beləliklə, 7 ay ərzində həmin məbləğin 54,4 %-i təmin olunub.