İran prezidenti Əli Əkbər Əhmədianı yeni vəzifəyə təyin edib

Baş səhifə

Bakı. Trend:

İran prezidenti Məsud Pezeşkian Əli Əkbər Əhmədianı prezidentin
xüsusi nümayəndəsi və İranın Milli və Strateji Layihələrin İnkişafı
Qərargahının rəhbəri təyin edib.

Bu barədə Trend
İran Prezidentinin informasiya portalına istinadən məlumat
verib.




Məlumata görə, Əli Əkbər Əhmədian xarici ölkələrdə yaşayan
iranlılar, yerli və xarici investorların İranda iştirakı qarşısında
duran maneələrin aradan qaldırılması və ölkənin inkişafı
istiqamətində mümkün ictimai imkanlardan istifadə edə biləcək.

Qeyd edək ki, 5 avqustda İran prezidenti Əli Əkbər Əhmədianı
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad
edib. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə
İranın Ali Liderinin müşaviri Əli Laricani təyin olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir