
Bakı. Trend:
Amerika Birləşmiş Ştatları ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ)
məxsus “Boeing WC-135” kəşfiyyat təyyarəsini Rusiyanın Murmansk
vilayətindəki nüvə bazalarına doğru göndərib.
Trend xəbər verir
ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“ABŞ HHQ-nin “WC-135R” təyyarəsi Britaniyanın şərqində yerləşən
böyük hərbi baza olan Mildenholldakı aviabazadan havaya qalxdıqdan
sonra Norveçin qərb sahilləri boyunca şimala doğru hərəkət edib”, –
məlumatda qeyd olunub.
Bundan əvvəl Rusiya XİN bəyan etmişdi ki, ABŞ strateji sabitlik
üzrə dialoqda maraqlı deyil və bu səbəbdən Rusiya Hücum
Silahlarının Azaldılması Müqaviləsinin (SNA/SNV) bərpası məsələsini
müzakirə etməyin mənasını görmür.