Belçika Azərbaycana yeni konsul təyin edib

Baş səhifə

Belçikanın Azərbaycan səfirliyinin nümayəndəlik rəhbərinin yeni müavini və konsul vəzifəsində fəaliyyət göstərəcək diplomatın kimliyi məlum olub.

APA Belçika səfirliyinə istinadən xəbər verir ki, bu vəzifəyə diplomat Sara Van Buggenhout təyin olunub.

Diplomat Belçika səfirliyində qarşılanıb.

O, Azərbaycanı, eləcə də regionu daha yaxşı tanımaq və öyrənmək üçün səbirsizləndiyini ifadə edib.

Sara Van Buggenhout bu postda 4 il çalışacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir