Moldovanın XİN başçısı: Moskvanın atılacaq addımları bizə diktə etdiyi vaxtlar çoxdan keçib

Baş səhifə

“Moskvanın atılacaq addımları bizə diktə etdiyi vaxtlar çoxdan keçib”.

APA “Moldova Libera”ya istinadən xəbər verir ki, bunu Moldovanın xarici işlər naziri Mixail Popşoy deyib.

O söyləyib ki, ölkəsi daxili işlərə istənilən müdaxiləni qətiyyətlə rədd edir:

“Ölkəmiz öz vətəndaşlarının maraqları çərçivəsində addımlar atır və Avropa məkanı daxilindəki mövqelərini möhkəmləndirir”, – moldovalı nazir fikirlərini tamamlayıb.