
Bakı. Trend:
Naməlum kibercinayətkarlar Venesiya kinofestivalının
serverlərinə hücum edib.
Trend xəbər verir
ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat verib.
Məlumata görə, hakerlər sındırdıqları serverlərdən bu ilki
kinofestivalda iştirak üçün akkreditasiya almış şəxslərin
məlumatlarını oğurlayıblar. Söhbət adlardan, telefon nömrələrindən,
elektron poçt ünvanlarından, ənənəvi poçt ünvanlarından və vergi
məlumatlarından gedir.
Kinofestivalın təşkilatçıları əmin edirlər ki, onların IT
mütəxəsisləri operativ şəkildə müdaxilə edərək zərərçəkmiş
sistemləri izolasiya edib və onların təhlükəsizliyini təmin edib.
Ardınca səlahiyyətli orqanlar məlumatlandırılıb və bərpa işlərinə
başlanılıb.
Qeyd edək ki, 82-ci Venesiya kinofestivalı 27 avqust 6 sentyabr
tarixlərində Lido adasında keçiriləcək. Əsas konkursun münsiflər
heyətinə tanınmış amerikalı rejissor, ikiqat “Oskar” mükafatçısı
Aleksandr Peyn başçılıq edəcək.