
Bakı. Trend:
Britaniyanın Qida Standartları Agentliyi (FSA) son vaxtlar
populyarlaşan Dubay üslubunda şokoladlar istehsal edən “Noesis”,
“Fıx it” və “Le Damas Dubai” şokolad məhsullarının geri çağırılması
barədə qərar çıxarıb.
Trend xəbər verir
ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, buna səbəb həmin şokoladların tərkibində arxa
etiketlərində göstərilməyən qoz-fındığın olmasıdır.
Qida Standartları Agentliyi həm istehlakçılara, həm də iaşə
müəssisələrinə “sağlamlıq riski yaranmaması üçün” tədbir görməyi
tövsiyə edir.

