Ukrayna müharibəsinin tezliklə bitməsi üçün səylər göstəriləcək – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp bildirib ki, yaxın günlər və
həftələr ərzində Ukraynadakı müharibənin başa çatdırılması üçün
fəal səylər göstəriləcək.

Trend-in
məlumatına görə, Tramp bu barədə sosial şəbəkədə yazıb.




“Stiven Uitkoff bu gün Moskvada Rusiya prezidenti Vladimir
Putinlə çox məhsuldar görüş keçirib. Görüşdə mühüm irəliləyiş əldə
olundu. Daha sonra bəzi Avropa müttəfiqlərimizlə bu barədə
danışdım. Hər kəs razıdır ki, bu müharibə sona çatmalıdır”, – deyə
Tramp vurğulayıb.

Qeyd edək ki, Rusiya lideri Vladimir Putin və ABŞ prezidentinin
xüsusi nümayəndəsi Stiven Uitkoff arasında keçirilən görüş təxminən
üç saat davam edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir