
Bakı. Trend:
İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA)
nümayəndələri qarşılıqlı əməkdaşlığın çərçivələrini müzakirə
edəcəklər.
Trend xəbər verir ki, bu
barədə İranın xarici işlər naziri Abbas Araqçi “Tehran”
telekanalına açıqlamasında məlumat verib.
Nazirin sözlərinə görə, AEBA baş direktorunun müavininin yaxın
vaxtlarda planlaşdırılan Tehrana səfəri çərçivəsində tərəflər
əməkdaşlığın mümkün istiqamətləri üzərində fikir mübadiləsi
aparacaqlar.
“Səfərin əsas məqsədi parlamentin qəbul etdiyi yeni qanun
kontekstində İranın AEBA ilə dinc nüvə proqramı üzrə əməkdaşlığının
gələcək formasını müəyyənləşdirməkdir. Eyni zamanda agentliyin
yoxlamalara dair müraciətləri, bu müraciətlərin Ali Milli
Təhlükəsizlik Şurasında qiymətləndirilməsi və cavab mexanizmləri də
müzakirə olunacaq,” – deyə Araqçi qeyd edib.

