Yaxın günlərdə Putin və Tramp arasında telefon danışığı baş tuta bilər

Baş səhifə

ABŞ dövlət katibi Marko Rubio Prezident Donald Tramp ilə Rusiya lideri Vladimir Putin arasında telefon danışığının yaxın günlərdə baş tuta biləcəyini istisna etməyib.

APA xəbər verir ki, Rubio bunu “Fox Business” telekanalına açıqlamasında bildirib.

“İki lider arasında telefon danışığı yaxın bir neçə gün ərzində baş tuta bilər. Lakin hələlik konkret planlaşdırılmış bir tarix yoxdur,” – deyə Rubio vurğulayıb. .