Ukrayna münaqişəsinin həlli üçün ciddi addımlar atılmalıdır – Rubio

Baş səhifə

Bakı. Trend:

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, prezident Trampın
xüsusi nümayəndəsi Stiven Uitkoffla Rusiya prezidenti Vladimir
Putin arasında keçirilən görüş məhsuldar olub, lakin Ukrayna
münaqişəsinin tam nizamlanması üçün hələ qarşıda xeyli iş var.

Trend xəbər verir
ki, o, bu barədə “Fox Business” telekanalına müsahibəsində
danışıb.




“Görüş ümumilikdə müsbət keçdi, lakin hələ də ciddi maneələr
mövcuddur. Ümid edirik ki, yaxın saatlar və günlər ərzində bu
çətinliklərin öhdəsindən gələ biləcəyik,” – deyə Rubio qeyd
edib.