
Bakı. Trend:
Günəşdə ötən günlərdə baş vermiş güclü partlayışlar cümə günü
Yerə təsir etməyə başlayacaq. Bu, uzunmüddətli geomaqnit
qasırğasına səbəb ola bilər.
Trend xəbər verir ki, bu
barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun “Telegram” kanalında məlumat verilib.
Qeyd edilir ki, Yer orbitinə yaxın günəş küləyinin sürəti
hazırda təqribən 400 km/s təşkil edir, cümə-şənbə gününə qədər isə
600-700 km/s-ə qədər artacaq.