Türkiyədə dələduzlara qarşı genişmiqyaslı əməliyyat – 100-dən çox həbs olunan var

Baş səhifə

Bakı. Trend:

Türkiyənin 31 vilayətində dələduzluqla məşğul olan şəbəkələrə
qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Trend xəbər verir
ki, bu barədə Türkiyə DİN rəhbəri Əli Yerlikaya öz “X” səhifəsində
məlumat bölüşüb.




Əməliyyatın gedişində 102 nəfər həbs olunub. Onların bank
hesablarında ümumilikdə 107 milyon TL həcmində maliyyə
əməliyyatları aparıldığı müəyyən edilib.

Məlumata görə, şübhəlilər özlərini dövlət qulluqçusu, vəkil,
bank işçisi və ya barışdırıcı şəxs kimi təqdim edərək, telefon
lotereyaları və iş vədi ilə, sosial şəbəkə və tanışlıq tətbiqləri
vasitəsilə əlaqə quraraq insanlara yüksək qiymətlər tətbiq etməklə,
vətəndaşlarla yaxın münasibət yaradıb sonradan onları şantaj
etməklə, saxta internet saytları üzərindən elektron cihazlar və
torpaq sahələrinin satışını vəd etməklə insanları aldatdıqları,
onlardan iri məbləğlərdə pullar aldığı müəyyən edilib.