İran prezidenti Ermənistana səfər edəcək

Baş səhifə

Bakı. Trend:

İran prezidenti Məsud Pezeşkian gələn iki həftə ərzində
Ermənistana səfər edəcək.

Trend-in
məlumatına görə, bunu İranın xarici işlər naziri Seyid Abbas Araqçi
yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, ötən müddət ərzində İran prezidenti İraq,
Pakistan, Azərbaycan, Qətər və Omana səfər edib.




Araqçi bildirib ki, növbəti mərhələdə isə İran prezidentinin
Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının
sammitində iştirak etməsi məqsədilə Çinə səfər edəcəyi
gözlənilir.

İranlı nazir əlavə edib ki, İran region ölkələri ilə regional
münasibətləri yüksək səviyyədə saxlamağa çalışır.