
Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın elan etdiyi gömrük rüsumları
qüvvəyə minib.
Bu barədə Trend
ABŞ KİV-ə istinadən xəbər verir.
Xatırladaq ki, 31 iyulda Tramp 60-dan çox ölkədən idxal edilən
mallara 15%-dən 41%-ə qədər gömrük rüsumlarının tətbiqi ilə bağlı
fərman imzalayıb.
“Bloomberg” agentliyinin məlumatına görə, ABŞ-nin ticarət
tərəfdaşları üç qrupa bölünüb. Əksər ölkələr üçün aprel ayından
qüvvədə olan 10%-lik baza tarifi saxlanılıb. Bu tarif ABŞ-nin həmin
ölkələrə ixracının idxaldan çox olduğu hallara şamil edilir.
15%-lik minimal rüsumlar kiçik ticarət kəsiri olan təxminən 40
ölkəyə şamil ediləcək.
Daha yüksək tariflər isə ABŞ ilə razılaşma imzalamamış və ya
ABŞ-yə qarşı əhəmiyyətli ticarət üstünlüyü olan ölkələr üçün
nəzərdə tutulub.

