Son ayların ən güclü maqnit qasırğası gözlənilir

Baş səhifə

Bakı. Trend:

8 avqustda son iki ayın ən güclü maqnit qasırğası
gözlənilir.

Trend xəbər verir
ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar
İnstitutunun Günəş astronomiyası laboratoriyası və Sibir bölməsinin
Günəş Yer fizikası institutu məlumat yayıb.




“Son hesablamalara əsasən, 5 avqust tarixində baş vermiş M4.4
səviyyəli güclü günəş alışmasından sonra atılan plazma kütləsinin
Yerə çatma anı əvvəlki proqnozlarla müqayisədə daha güclü geomaqnit
təsirlərə səbəb olacaq. Modellər göstərir ki, planetə yüksək
sürətli plazma buludunun nüvəsi çata bilər və bu, Yer maqnit
sahəsinə gözləniləndən daha güclü zərbə vuracaq”, – deyə məlumatda
bildirilir.

Plazma axınının Yerə çatması 8 avqust Bakı vaxtı ilə saat
07:00-da vaxtı gözlənilir. Lakin geomaqnit vəziyyətin pisləşməsi
artıq cümə axşamından cümə gününə keçən gecə başlaya bilər. Çünki
həmin vaxt Yer daha bir iri tac dəliyinin təsir zonasına daxil
olacaq.

Spread the love