İranın Ali Lideri Müdafiə Şurasına öz nümayəndələrini təyin edib

Baş səhifə

Bakı. Trend:

İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei Əli Əkbər Əhmədian
və Əli Şəmxanini Müdafiə Şurasında öz nümayəndələri olaraq təyin
edib.

Bu barədə Trend
İran KİV-ə istinadən məlumat verib.

Məlumata görə, İran lideri ölkədə Müdafiə Şurasının
yaradılmasını diqqətə çəkərək qeyd olunan şəxsləri nümayəndələri
təyin edib.




Qeyd edək ki, İranın Ali Milli Təhlükəsizlik Şurası 4 avqustda
ölkədə Müdafiə Şurası yaradılmasını təsdiqləyib. Bu şuraya İran
prezidenti rəhbərlik edəcək, Məhkəmə Sisteminin rəhbəri, parlament
sədri, silahlı qüvvələrin komandanları və bəzi əlaqədar nazirlər
şuranın üzvləri olacaq. Şura müdafiə layihələri və silahlı
qüvvələrin bacarıqlarını gücləndirməyi diqqətli şəkildə
araşdıracaq.

Ali Milli Təhlükəsizlik Şurasının sabiq katibi Əli Əkbər
Əhmədian 6 avqustda İran prezidenti Məsud Pezeşkian tərəfindən
prezidentin xüsusi nümayəndəsi və İranın Milli və Strateji
Layihələrin İnkişafı Qərargahının rəhbəri təyin olunub.

Admiral Əli Şəmxani isə İranın Ali Liderinin müşaviri kimi
fəaliyyət göstərir.

Spread the love