Kamçatkada güclü zəlzələ qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

Kamçatkada 5,5 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir
ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika
Xidmətinin Kamçatka filialı məlumat yayıb.




Seysmoloqların bildirdiyinə görə, zəlzələnin episentri 68,8 km
dərinlikdə yerləşib. Yeraltı təkanlar Petropavlovsk-Kamçatsk
şəhərindən 192 km aralıda qeydə alınıb. Hadisənin hiss edilməsi ilə
bağlı hələlik məlumat daxil olmayıb.