bp BTC-də əsaslı xərclərini 12 milyon dollardan çox artırıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin birinci yarısında bp və onun tərəfdaşları
Bakı-Tibilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təxminən 60
milyon dollar, əsaslı xərclərə isə 30 milyon dollar vəsait
xərcləyib.

Bu barədə Trend bp-yə istinadən xəbər verir.

Məlumata görə, bu göstəricilər ötən ilin eyni dövrü ilə
müqayisədə müvafiq olaraq 10,5 milyon dollar (14,9%) az, 12,3
milyon dollar (69,5%) çoxdur.

Qeyd edilib ki, cari ilin ilk altı ayı ərzində BTC vasitəsilə
ixrac olunmuş təqribən 13 milyon ton (təxminən 106 milyon barel)
xam neft və kondensat Ceyhan terminalında 145 tankerə yüklənib və
yola salınıb.




“1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun
ayında istismara veriləndən 2025-ci ilin iyun ayının sonunadək bu
boru kəməri vasitəsilə ümumilikdə təqribən 605 milyon ton (təqribən
4,6 milyard barel) xam neft nəql edilib və Ceyhanda 6007 tankerə
yüklənərək dünya bazarlarına göndərilib.

İlk altı ay ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 13
milyon ton (təxminən 106 milyon barel) xam neft və kondensat Ceyhan
terminalında 145 tankerə yüklənmiş və yola salınıb”, – məlumatda
qeyd edilib.

BTC Ko.-nun səhmdarları: bp (30,10%), SOCAR (32,97%), MOL
(8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU
(3,40%), ONGC Videş (3,10%), EksonMobil (2,50%) və İNPEKS (2,50%)
şirkətləridir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir