“Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformaları üzrə hasilatın həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin birinci yarımildə “Şahdəniz” yatağından Azərbaycan
(SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə)
bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara
qaz çatdırılması davam edib.

Trend bp-yə
istinadən xəbər verir ki, cari ilin ilk altı ayında yataqdan
ümumilikdə – “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından
birlikdə təqribən 14 milyard standart kubmetr qaz və təxminən 2
milyon ton (təqribən 16 milyon barel) kondensat hasil edilib.

Məlumata əsasən, bu göstəricilər ötən ilin eyni dövrü ilə
müqayisədə, demək olar ki, eyni səviyyədə qalıb.




Qeyd edilib ki, mövcud Şahdəniz qurğularının hasilat gücü
hazırda gündə təxminən 77,2 milyon (ildə təqribən 28,2 milyard)
standart kubmetrdir.

Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%),
LUKOYL (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NİKO
(10,00%), MVM (5,00%).

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir